Turkiyede tehsil qiymetleri

Turkiyede tehsil qiymetleri

Türkiyə, ən kiçik millətlərdən ən böyük imperiyalara qədər dünyanın ən qədim yaşayış məntəqələrinə və bir çox mədəniyyətə ev sahibliyi etmişdir.

 Türkiyə Avropa ilə Asiyanı birləşdirən mədəniyyətlərin və sivilizasiyaların beşiyi, həm də əsrlər boyu Anadolu torpaqlarına hakim olan mədəniyyətlərin mərkəzidir.

Xaricdə təhsil təkcə xarici ölkədə məktəbə getmək demək deyil.  Bu səbəbdən xaricdə harada təhsil almaq istədiyinizə qərar verərkən əvvəlcə özünüzdən  harada yaşamaq istədiyinizi soruşmalısınız. Böyük şəhərləri və kiçik yaşayış məntəqələri ilə Türkiyə, xarici tələbələrə geniş bir mədəniyyət təcrübəsi təqdim edir.

Türkiyədə təhsil haqqında

Xaricdə təhsil almaq istəyən tələbələrim daha çox üstünlük verdiyi ölkələrdən biri də Türkiyədir. Türkiyə bu gün inkişaf etmiş təhsil səviyyəsi ilə Avropada bir çox universitetlə müqayisə edilir. Bəzi üniversitetləri hətta reytinq sıralamasında Avropada bəzi universitetlərdən üstündür.

Getdikcə daha çox universitet ingilis dilli proqramlar təklif edir və bu proqramlara tibb, mühəndislik, humanitar elmlər, biznes və maliyyə daxildir.  Türkiyə 2001 -ci ildən Boloniya Prosesinin bir parçasıdır və eyni zamanda bir çox fərqli beynəlxalq platformanın üzvüdür.  Bu, tələbələr üçün iki fərqli cəhətdən vacibdir.Birincisi, ECTS (Avropa Kredit Transfer Sistemi) sayəsində bütün tələbələr təhsillərini başqa ölkələrdə davam etdirə bilərlər.  İkinci vacib məqam, digər ölkələr tərəfindən qəbul edilmiş bir diplomun əldə edilməsinin mümkünlüyüdür.

Türkiyədə ümumilikdə 209 universitet var.  Bunlardan 131 – i dövlət universiteti (11 texniki universitet, 2 – si Gözəl sənətləri universiteti və 1 – i yüksək texnologiya institutu, həmçinin Polis Akademiyası və Milli Müdafiə Universiteti) və 78 özəl Universiteti var.  Universitetlərdən başqa 5 peşə məktəbi var.

Turkiyede tehsil qiymetleri

Türkiyədə təhsili cəlbedici səbəblərdən biri də bura da olan təhsil qiymətləridir. Türkiyə təhsil keyfiyyətinə görə nə qədər üstün olsada qiymətlərə görə həm Azərbaycan, həm də Avropa universitetləri ilə müqayisədə çox ucuzdur.

Türkiyədə də universitetlər iki yerə ayrılır. Özəl və dövlət universitetləri. Özəl və dövlət universitetlərində təhsil qiymətlərində fərq var.

Türkiyədə yerləşən dövlət universitetlərində təhsil qiymətləri 300 – 1000 TL arasında dəyişir.

Özəl universitetlərim təhsil qiymətləri isə 750 dollardan başlayır.

Universitetlərdə qiymətlər ixtisasdan aslı olaraq dəyişir.

Universitetlərdə təhsil haqqını 2 dəfəyə, yəni 6 aydan bir ödəmək imkanı var.

Türkiyədə yataqxana qiymətləri

Türkiyədə yataqxanalar universitetlər kimi özəl və dövlət olmaqla 2 yerə ayrılır. Türkiyədə tələbələr üçün yataqxana və ya özəl – kirayə evlərin qiyməti 160 TL və 300 TL arası dəyişir. Qiymətlər evin və ya yataqxananın yerləşdiyi şəhərdən, yerdən, evin şəraitindən və universitetə yaxınlığından asılı olaraq dəyişir.

Azərbaycanla Türkiyə arasında məsafə qısa olduğu üçün yol üçündə xərcləriniz çox çıxmayacaq.

Mövzu haqqında fikir bildir.

Məqalə haqqında sual və təkliflərinizi qeyd edin. (Mail ünvanı görünməyəcək) *