Almaniyada pese tehsili

Almaniyada pese tehsili

Almaniyada pese tehsili  -“Ausbildunq” – ixtisasartırma və ya peşə vərdişlərinə yiyələnmə deməkdir. Burada təkcə nəzəri bilikləri artırmaq deyil, həmçinin, paralel olaraq, oxuduğun ixtisasa uyğun işləmək və təcrübə toplamaq da nəzərdə tutulur.

Almaniyada hər il 600.000 nəfər seçdiyi  340 ixtisas üzrə işləməklə yanaşı, təhsilini də davam etdirir.

Alman təhsil sisteminin diqqətlə araşdırılması lazım olan cəhətlərindən biri;  peşə hazırlığıdır.  Almaniyada pese tehsili cəmiyyətdəki sosial və iqtisadi inkişaflar nəticəsində tənzimlənir.  19-cu əsrin əvvəllərində Almaniya ştatlarında peşə məktəbləri açılmış, 1897-ci ildə qəbul edilmiş qanunla peşə təhsilində ikili sistem qurulmuş, 1897-ci ildə qəbul edilmiş Peşə Təhsili Qanunu ilə mövcud peşə təhsili sistemi yaradılmışdır. 1969-cu ildə qüvvəyə minmiş və dövlətin, işəgötürənin və işçinin vəzifə və öhdəlikləri müəyyən edilmişdir.

Əgər Almaniyada iş tapmaq istəyirsinizsə, peşə hazırlığı proqramları olan bir universitetdə təhsil almaq yaxşı seçim olardı.  Bu təlim proqramları adətən bir ilə üç il yarım arasında davam edir.  Bu təlimlər ya məktəb əsaslıdır və sinifdə (“schulische Ausbildung”) keçirilir və ya müəssisə və ya şirkətdə praktiki təlimlə sinif dərsləri ilə birləşdirilir (“Duale Ausbildung”).

Dövlət tərəfindən təlimin keçirildiyi ixtisaslar tənzimlənir (staatlich anerkannte Berufe) və təlimin özü yalnız məktəbdə nəzəri biliklərin əldə edilməsini (Berufschule) deyil, eyni zamanda müəssisədə praktiki bacarıqların əldə edilməsini də əhatə edir (Tätigkeit im Betrieb). Almaniyada hər il 600.000-dən çox Ausbildung işi təklif olunur.

Almaniyada peəe təhsili

Peşə təhsili proqramını bitirdikdən sonra siz ixtisaslı işçiyə çevrilirsiniz (“qualifizeierte Fachkraft”).  Almaniyada ixtisaslı işçilərə tələbat yüksəkdir və ixtisassız işçilərə nisbətən daha çox pul qazanırlar.  Buna görə də, Almaniyada pese tehsili proqramını tamamlamaq karyera qurmaq yolunda mühüm addım ola bilər.

Almaniyada 330-a yaxın tanınmış peşə hazırlığı kursları var.

Almaniyada enejitexnikası, İnformasiya və kommunikasiya texnikası, İT administrasiya, İT koordinasiyası, Biotexnologiya, Nəqliyyat və daşınma texnikası, Material texnologiyası, Gen texnologiyası, Hava və kosmos texnikası, Mikrosistem texnikası, Nanotexnologiya,Yol nəqliyyatı, Hava nəqliyyatı, Dəmiryol nəqliyyatı, Gəmi nəqliyyatı, Mexatronika və avtomatlaşdırma texnikası və s. sahələr üzrə təhsil ala bilərsiniz.

Vizaya ehtiyac varmı?

Avropa Birliyi, İsveçrə, Lixtenşteyn, Norveç və İslandiyadan gələnlərin yaşayış icazəsinə ehtiyacı yoxdur.  Ancaq bunlardan başqa bir ölkədən gəlirsinizsə, viza üçün müraciət etməlisiniz.

İndiyə qədər qanunvericilikdə Almaniyada bir şirkət tərəfindən peşə təhsilinə qəbul olunmaq və Məşğulluq Agentliyi tərəfindən təsdiqlənmək üçün ilkin şərt var idi.  Bununla belə, hazırda hazırlanmış “İxtisaslaşdırılmış Kadrların İmmiqrasiyası haqqında” Qanun peşə hazırlığına yerləşdirməni asanlaşdıracaq: Yeni qaydaya əsasən, xarici vətəndaşlar bu məqsədlə altı ay müddətinə 21 yaşlarına qədər Almaniyaya gələ biləcəklər.

Qəbul şərtləri

Azərbaycanda yaşayan şəxs əgər Almaniyada oxumaq istəsə, bu zaman, işə götürən təşkilatla müqavilə bağladıqdan sonra sənədlərini Almaniyanın Azərbaycandakı səfirliyinin müvafiq  şöbəsinə təqdim etməlidir. Səfirlik həmin sənədləri şəxsin həmin müəssisənin yerləşdiyi ərazinin “Əcnəbilərlə iş idarəsi”nə (Ausländerbehörde) göndərməlidir. Həmin yerə  Almaniya vətəndaşının, Almaniyada daimi yaşayan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin iddiası olmazsa, bu halda,  ərizəniz keçərli olacaq və Almaniyaya gəlməyinizə razılıq veriləcək. Bununda ən üstün cəhət budur ki ki, vizaya müraciət edərkən hesabda pul göstərməyə ehtiyac qalmır. Qəbul olunduqdan sonra sizinlə bağlanan müqavilədə  aylıq qazancınız və digər xərclərin qarşılanacağı qeyd olunur.

İki şərt qalır: Əvvəlcə alman dilini yaxşı bilməli və yaşamaq üçün kifayət qədər pulunuz olduğunu sübut etməlisiniz;  bu isə ayda 600-700 avro civarında deməkdir.

Peşə təhsilinə yerləşdirilmək üçün məktəb attestatınızın tərcümə edilmiş və təsdiq edilmiş versiyası tələb olunur.

Qeyd edim ki əlavə olaraq sizdən başqa sənədlərdə tələb edə bilərlər.

4 Rəylər

Mövzu haqqında fikir bildir.

Məqalə haqqında sual və təkliflərinizi qeyd edin. (Mail ünvanı görünməyəcək) *