İstanbul Universiteti

İstanbul Universiteti Türkiyənin ən qədim universitetlərindən biri hətta birincisidir. Əsası isə 1453-cü ildə Konstantinopolun Fatih Sultan Mehmet tərəfindən tutulmasından sonrakı gün qoyulmuşdur. 1933-cü ildən isə artıq indiki halı ilə müasir İstanbul Universiteti yaradılmışdır. 2011-ci ildən dünyanın ən yaxşı 500 Universiteti arasında Türkiyədən yeganə universitet olmuşdur.

İstanbul Universiteti Türkiyənin ən sayılıb seçilən və qədimliyi ilə sevilən bir universitetidir. İstabul kimi tarixi və müasir bir şəhərdə yerləşməsi burada tələbə həyatını yaşamaq üçün də çox əlverişlidir.

Universitetin təbiət elmləri fakültəsi dünyanın ən iri yüksək enerji fizikası laboratoriyasına malik olan Avropa Nüvə Araşdırmaları Təşkilatında aparılan 4 əsas tədqiqat üzrə Türkiyəni təmsil etməkdədir.  Dünya universitetlərinin akademik reytinq göstərici hesablamasında 2019-cu il sıralamasında Türkiyə üzrə birinci yerə çıxmışdır.

Müxtəlif sahələrdə görkəmli şəxsiyyətlər yetişdirən İstanbul Universiteti məhz siyasi sahədə 2 prezident, 7 baş nazirlə yanaşı, yüzlərlə nazir, millət vəkili, bürokrat və diplomat yetişdirmişdir. Bu siyahıdakı bəzi insanlar aşağıdakılardır.

  • Hüseyin Cavid – yazar, şair
  • Orxan Pamuk — Yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (2006)
  • Fərhad Köçər — Müğənni
  • Əkrəm İmamoğlu — İstanbul Böyükşəhər Bələdiyyəsinin başçısı
  • Məmməd Nuri Ərsoy — Türkiyə Cümhuriyyətinin Mədəniyyət və Turizm naziri və s

Universitetin 60 mindən çox tələbəsi vardır ki, ildən ilə bu rəqəm daha da artır. İstanbul Universitetinə bağlı 15 fakültə var. Bundan əlavə, universitetə ​​bağlı bir tibb bacısı fakültəsinin yaradılması üçün işlər davam etdirilir.

İstanbul dovlet Universiteti fakültələri bunlardır:

  • Açıq və Uzaqdan Təhsil Fakültəsi
  • Stomatologiya fakültəsi
  • Əczaçılıq fakültəsi
  • Ədəbiyyat fakültəsi
  • Elm fakültəsi
  • Hüquq fakultəsi
  • İqtisadiyyat Fakültəsi
  • İlahiyyat Fakültəsi
  • Ünsiyyət fakültəsi
  • İstanbul Tibb Fakültəsi
  • Memarlıq fakültəsi
  • Siyasi Elmlər Fakültəsi
  • Su Elmləri Fakültəsi
  • Nəqliyyat və Loqistika Fakültəsi

Bu universitetə qəbul SAT və Yös dərəcləri ilə mümkündür. Universitet haqqında daha ətraflı məlumatı aşağıdakı videodan əldə edə bilərsiniz. Bu universitetdə təhsil hər bir xaricdə təhsil almaq istəyən gəncin arzusudur. Arzularınızı gerçəkləşdirmək üçün bizə müraciət edə bilərsiniz.

 

Universitetin veb saytı: https://www.istanbul.edu.tr/
Daha ətraflı və maraqlanmaq istədiyiniz mövzuları buradan araşdıraraq tapıb oxuya bilərsiniz.

İstanbul Universiteti

Tanıtım Videosu

image

Xaricdə Təhsil Üçün Müraciət Et

Bloqlar

Xaricdə təhsil haqqında bloqlar

Hamısına Bax