Ankara Universiteti

Ankara universiteti 1946-cı ildə  Türkiyənin paytaxt şəhərində qurulmuş bir universitetdir. Bu universitetin təməli şəxsən Ataturk tərəfindən atılmışdır.  Daxilində yerləşən 18 fakultədən ibarətdir və Türkiyənin ən yaxşı universitetləri sırasında 6-cı yerə layiq görülüb.

Ankara universiteti  ərazi baxımından rahat yerdə yerləşməsi, tələbələr üçün bütün şəraitə mailk olması onu əvəzedilməz edir. Burada təhsil almaq gələcək karyeranız üçün çox əhəmiyyətli seçimdir. Çünki universitet yüksək səviyyəli tədrisi ilə çox məşhurdur.

Universitet daxilində yerləşən 18 fakultə, sağlamlıq mərkəzi, araştırma mərkəzləri və bu kimi önəmli sahələrdən ibarətdir. Universitetə daxil olan fakultələr hər biri Ankara daxiliində fərqli fərqli yerlərdə yerləşir. Mərkəz olaraq Tandoğan kampüsü əsas götürülür.

Universitetdə bundan başqa 7 tələbə yataqxanası mövcuddur buraya müraciət isə öz rəsmi saytından mümkündür. Burada qiymətlərdə dəyişkən və tələbələr üçün tam uyğundur. Kampus daxilində yeməkxanada mövcuddur ki, 11:30 – 13:30 yemək servis edilir.

Türkiyədə təhsil haqqında daha çox məlumatı buradan oxuya bilərsiniz.

Ankara dovlet universiteti daxilindəki fakultələr:

  • Dil və Tarix Coğrafiya Fakultəsi
  • Stomatologiya Fakultəsi
  • Əczaçılıq Fakultəsi
  • Təlim Elmləri Fakultəsi
  • Dəqiq Elmlər Fakultəsi
  • Hüquq Fakultəsi
  • İlahiyyat Fakultəsi
  • İctimaiyyətlə əlaqələr Fakultəsi
  • Mühəndislik Fakultəsi
  • Sağlamlıq Elmləri Fakultəsi
  • İdman Elmləri Fakultəsi
  • Tibb Fakultəsi
  • Baytarlıq Fakultəsi
  • Əkinçilik Fakultəsi

 

Ankara Universiteti

Tanıtım Videosu

image

Xaricdə Təhsil Üçün Müraciət Et

Bloqlar

Xaricdə təhsil haqqında bloqlar

Hamısına Bax