Anadolu Universiteti

Anadolu Universiteti Türkiyənin ən prestijli və qədim tarixcəsi olan bir təhsil mərkəzidir. Bu universitet 36 ildən çoxdurki öz distant təhsil sitemi ilə minlərlə tələbəni öz arzularına qovuşdurmuşdur. Azərbaycanla olan rəsmi tərəfdaşlığı əsasında bu siyahıya yüzlərlə yerli gənclərdə daxil olub. Bizim ölkə ilə olan sıx əlaqələri və təhsil səviyyəsinə görə ən çox müraciət olan universitetlər siyahısındadır.

Anadolu universiteti Türkyənin Eskişehir şəhərində yerləşən bir dövlət universitetidir. Bu universitetin əsası 1958-ci ildə qoyulmuşdur. Türkiyədə ən nüfuzlu universitetlərdən biri hesab olunur və bizim ölkə universitetləri ilə də rəsmi əməkdaşlıqları mövcuddur.

Bu universitet distant təhsil sistemi ilə həm Türkiyədə həm də ölkəmizdə çox tanınan bir universitetdir. Burada indiyə qədər yüzlərlə yerli tələbə təhsil müddətini başa vurmuş və bitirmişdir.  36 ildən çox distan təhsil sahəsində təcrübəsi olan Anadolu universiteti daima özünü təkmilləşdirərək təhsil sahəsində muasir tələbləri cavablayır. İdarə etmə üçün qlobal səviyyədə tədris sistemi qurmuşdur.

https://www.anadolu.edu.tr bu universitetin rəsmi saytıdır və burada hətta Azərbaycanla olan rəsmi əməkdaşlıqlar və universitetin bütün məlumatlarını birləşdirən məqalələr mövcuddur. Daha ətraflı məlumatları öz saytından əldə edə bilərsiniz. Universitetin tanıtım videosuna isə aşağıdakı paylaşımdan baxmaq mümkündür.

Bundan başqa , 2013-cü ilin mayında Türkiyənin Anadolu Universitetində yaradılan “Heydər Əliyev Məlumat və Araşdırma Mərkəzi”nin və bu Mərkəzdəki Heydər Əliyev büstünün təntənəli açılış mərasimi keçirilib. Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Anadolu Universitetinin Eskişehir`də təşkil etdiyi silsilə tədbirlərdə Azərbaycan Milli Məclisinin Səhiyyə komitəsinin sədri, millət vəkili, akademik Əhliman Əmiraslanovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib.

Bu universitetdə təhsil almaq sizin gələcək karyera planlarınız üçün çox önəmlidir. Universitet daxilindəki fakultələr bunlardır.

  • Distant təhsil fakültəsi
  • Əczaçılıq fakültəsi
  • Ədəbiyyat fakültəsi
  • Təhsil Fakültəsi
  • Təsviri sənət fakültəsi
  • Hüquq fakultəsi
  • İqtisadiyyat və İdarəetmə Fakültəsi
  • İqtisadiyyat Fakültəsi (Açıq Təhsil)
  • Ünsiyyət Elmləri Fakültəsi
  • Biznes Fakültəsi (Açıq Təhsil)
  • Sağlamlıq Elmləri Fakültəsi
  • Turizm Fakültəsi

Anadolu universiteti üçün qəbul almaq prosesini Xaricdetehsil.org portalının peşəkar xaricdə təhsil mütəxəssislərinə etibar edə bilərsiniz. Hər hansı sualınız yaranarsa olnine çat və ya whatsapp ilə də əlaqə saxlaya bilərsiniz.

Anadolu Universiteti

Tanıtım Videosu

image

Xaricdə Təhsil Üçün Müraciət Et

Bloqlar

Xaricdə təhsil haqqında bloqlar

Hamısına Bax