TÖMER nədir?
TÖMER ( Türk dili haqqında sertifikat) / TYS (Türkçe Yeterlik Sınavı),Türkiyədə təhsilin bütün səviyyələri üzrə təhsil almaq istəyən tələbələrdən tələb olunan imtahandır.
İmtahanın keçirilmə məqsədi xarici tələbələrin türk dili biliyinin yoxlanılmasıdır. Bakalavr səviyyəsi üzrə təhsil almaq istəyən tələbələrdən bu imtahan əsasən qeydiyyatdan sonra tələb edilir. Magistr səviyyəsinə qəbulda isə qeydiyyatdan sonra TÖMER sertifikatı tələb olunur.
TÖMER nədir? TÖMER imtahanı haqqında
Türkiyədə təhsil almaq istəyən hər bir tələbə mütləq bu imtahanda iştirak etməlidir. Bu imtahanı verməyən tələbələr Türkiyədə əlavə olaraq 1 il oxuyur. Yəni normalda hər bir universitet 4 il olursa TÖMER imtahanına girməyən tələbələr üçün universitet müddəti 5 il olur. Əlavə oxunulan 1 ildə Türk dili öyrədilir.
Ancaq bəzi universitetlərdə belə bir qayda var ki, əgər tələbə fakultəni qazanıb, Tömər imtahanından keçə bilmirsə Türk dilini öyrənmək üçün 1 il yox 6 ay tələb olunur. 6 aydan sonra isə tələbə düşdüyü ixtisasa uyğun dərslərə başlayır. Türkiydə 99% universitetlərin keçirdiyi Türkçe Yeterlilik Sınavı digər Türkiye universitetləri tərəfindən qəbul edilir.
TÖMER imtahan müddəti
İmtahanın müddəti ümumi olaraq 180 dəqiqədir :
- Oxuma – 60 dəqiqə
- Dinləmə – 45 dəqiqə
- Yazma – 60 dəqiqə
- Müstəqil danışma – 5 dəqiqə
- Qarşılıqlı danışma – 10 dəqiqə
İmtahan ildə 3 dəfə keçirilir.
TOMER İmtahani prosesi necədir?
İmtahan 3 seans üzrə keçirilir.1 ci sessiyada tələbələr ; oxuma və dinləmə, 2-ci sessiyada yazma; 3-cü sessiyada isə müstəqil danışma və qarşılıqlı danışma suallarına cavab verməlidirlər.
İmtahanına kimlər girə bilər?
Türk dilini xarici dil olaraq öyrənmək istəyən, Türkiyədə universitetlərə müraciət edib qəbul olmaq məqsədilə türk dili biliklərini sənədləşdirmək istəyən tələbələr, xaricdə müxtəlif təşkilatlarda türkcə öyrətmək istəyən müəllim namizədləri, türkcə dil biliklərini sənədləşdirmək istəyən tərcüməçilər, yəni qısa olaraq türk dil biliyini ölçmək istəyən hər kəs TYS’ye girə bilər.
İmtahanın üstünlüyü nədir?
TÖMER imtahanı türk dili biliyini ölçən və sənədləşdirən bir imtahandır. İmtahanda uğur qazandığınız təqdirdə Türkiyədəki universitetlərdə dil hazırlıq kursundan azad ola bilər; bir çox iş görüşməsində, dil testlərinə girmədən türkcə biliklərinizi sübut edə bilər və akademik karyera məqsədiniz üçün istifadə edə bilərsiniz.
İmtahan kimlərə lazımdır?
TÖMER/TYS Türkiyədə aşağıdakı kataqoriyaya aid olan hər kəsə lazımdır.
• Attestatla bakalavr təhsili almaq istəyənlərə
• YÖS-lə bakalavr təhsili almaq istəyənlərə
• Magistr təhsili almaq istəyənlərə
• Türkiyədə dövlət qurumlarında və bəzi şirkətlərdə işləmək istəyənlərə
• Doktorantura oxumaq istəyənlərə
YÖS-lə qəbul aparan universitetlərdə TÖMER və ya TYS balları 65-70-dən başlayır.
Attestatla qəbul aparılan universitetlərdə isə keçid balları 55-60-dan başlayır.
İmtahan müddətində tələbənin biliyi 6 səviyyədə qiymətləndirilir:
Səviyyələr aşağıdakı kimidir :
- A2 – Başarısız – (Bu nəticə heç bir universitetdə qəbul edilmir)
- • B1 – Başarılı – (Bu nəticəni bəzi universitetlər qəbul edir)
- • B2(55-70) – Başarılı – (Bu nəticəni birçox universitetlər qəbul edir)
- • C1(71-88) – Başarılı – (Bu nəticəni demək olarki 95% universitetlər qəbul edir)
- • C2(89-100) -Başarılı – (Bu nəticə tamami ilə keçərlidir)
İmtahan verdikdən sonra hansı səviyyədə biliyə sahib olmağınız haqqında sizə sertifikat veriləcək.
Salam. Mən Bakı Biznes və Koorperasiya kollecini bitirmişəm. Kollec diplomu ilə sadəcə TÖMER imtahanı verib Türkiyədə oxuya bilərəm ?