Turkiyede tibb tehsil qiymetleri
Türkiyə səhiyyəsi inkişaf etdikcə Türkiyədə tibb təhsilinə də maraq artır. Tibb ixtisası ən çox istənilən, prestejli ixtisas olsa da tibb oxumaq da bir o qədər çətindir.
Türkiyədə tibb təhsili almaq üçün Attestat, TQDK, YÖS imtahanları verilməlidir. Bəzən tələbələrdən SAT imtahanı da tələb olunur. Azərbaycanda bakalavr təhsili almış tələbələr Türkiyədə tibb üzrə təhsil almaq üçün TUS imtahanı verməlidirlər. Tələbələr TUS – dan əlavə universitetlərin təşkil etdiyi digər imtahanları da verməlidirlər.
Türkiyədə təhsil Türk dilində tədris olunur. Ancaq istəsəniz ingilis dilində də təhsil almaq mümkündür. Bunun üçün İELTS və TOEFL imtahanları verilməlidir.
Özəl universitetlərdə qəbul prosesində namizədlərdən YÖS imtahan nəticəsi tələb olunmur. Tələbənin SAT imtahan nəticəsi varsa, dil sertifikatı olaraq TOEFL keçərli olur. Türkiyə dövlətinin bəzi universitetlərində İELTS sertifikatı da qəbul olunmur.
Türkiyədə özəl və dövlət universitetlərində tibb təhsili almaq mümkündür. Türkiyədə ən çox Stomatologiya ixtisasına maraq yüksəkdir.
Türkiyədə tibb təhsilinin başqa ölkələrdən əsas fərqi tələbələrin birinci kursdan praktikalara cəlb olunması, və yalnız ixtisasyönümlü fənnlərin tədris olunmasıdır. Fənnlər bir biri ilə əlaqəli olduğu üçün hər hansı bir fəndən kəsilsəniz həmin kursu yenidən oxumalı olassınız.
Türkiyə dövlətində Ankara, Hacettepe, İstanbul (Cerrahpaşa) kimi nüfuzlu universitetlərində tibb ixtisasında təhsil almaq istəyən tələbələr biilməlidir ki, həmin universitetlərdə tədris yalnız ingilis dilində təşkil olunur. Bu universitetlərdə diş həkimliyi ixtisası isə türk dilindədir.
Türkiyədə tibbi təhsil qiymətləri haqqında
Türkiyədə təhsil qiymətləri digər ölkələrə nisbətən aşağı olsada Türkiyədə tibb təhsili qiymətləri nisbətən yuxarıdır.
Turkiyede tibb tehsil qiymetleri dövlət və özəl universitetlərdə fərqli olur. Təhsil haqqı dövlət universitetlərində 240- 1500 USD arası, özəl universitetlərdə isə 1500 dollar ətrafında dəyişir.
Türkiyədə tibb təhsili ala biləcəyiniz ən yaxşı universitetlər aşağıdakılardır :
1.Acıbadem Universiteti
2. Bahçeşehir Universiteti
3.Altınbaş Universiteti
4.Medipol Universiteti
5. Maltepe Universiteti
6. Okan Universiteti
7. Yeditepe Universiteti
8. Bezmialem Universiteti
9. İstanbul Aydın Universiteti
10. Başkent Universiteti
11.Haccettepe Universiteti
12. Ege Universiteti
13. Kocaeli Universiteti
14. İstanbul Cerrahpaşa
15. Atatürk Universiteti
Salam. Hal hazırda Türkiyə də təhsil almağa siz köməklik edirsiz ? Edirsizsə necə və hara yaxınlaşa bilərik ?
Salam, hansı tibb universitetləri də ozumaq şansımız var? Təhsil haqları təxminən nə qədərdir? Əsasəndə diş həkimliyi kimi fakultələrdə, müraciətlər nə vaxt olunmalıdır? Bu haqda cavab yazardınızda zəhmət olmasa