Xaricde tehsil dovlet proqrami
Xaricdə Dövlət Proqramı nədir? Əvvəlcə onu izah edim:
Gənclərin xaricdə təhsil almağı dövlətində diqqətindədi. Xaricdə təhsil dövlətin də marağındadır. Gənclərin xaricdə təhsil almasına kömək göstərmək üçün “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” layihəsi həyata keçirilir.
Dövlət Proqramının maliyyələşdirilməsi – “Dövlət Proqramı”nın təsdiq edilməsi barədə Sərəncamının 2-ci bəndinə uyğun olaraq qeyd olunan Dövlət Proqramının Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) vəsaiti və qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına müəyyən edilmişdir.
Təhsil Nazirliyi yalnız universitetdə təhsil almaq üçün maliyyəni təmin edir. Əlavə xərclər sizə aiddir.
Ölkə üçün lazım olan ixtisaslar üzrə gənclərin xaricdə təhsil almaları və ölkənin inkişafında mühüm amilə çevrilməsi üçün Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 oktyabr tarixli 1746 nömrəli Sərəncamı imzalanmışdır.
Dövlət Proqramının icrası Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Proqramın icrasına nəzarət üçün isə Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissaya verilmişdir.
“Xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim Qaydaları” isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 iyun 2008-ci il tarixli 128 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
Xaricde tehsil dovlet proqrami ilə bağlı sərəncamlar⬇️
Başqa bir sərəncamla yəni – Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin 2014-cü il 10 fevral tarixli 11 nömrəli Sərəncamı ilə gənclərin xaricdə təhsil almaları məqsədi ilə seçilmiş ali müəssisələrinin siyahısı təsdiq edilib.
“Azərbaycanlı gənclərin xaricdə təhsil almaları üçün seçilmiş ali təhsil müəssisələrinin” siyahısına əlavələr isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2009-cu il tarixli 7s nömrəli, 24 avqust 2009-cu il tarixli 218s nömrəli, 22 iyun 2010-cu il tarixli 176s nömrəli və 20 sentyabr 2010-cu il tarixli 282s nömrəli sərəncamları ilə edilmişdir.
Dövlət tərəfindən Xaricdə təhsil alan gənclərin aylıq xərclərini müəyyən edən cədvəl də tərtib edilmişdir. Bu cədvəl Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2008-ci il tarixli 261 nömrəli qərarı ilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na əsasən Azərbaycan gənclərinin xarici ölkələrin ali məktəblərində təhsil haqlarının ödənilməsi Qaydaları ilə təsdiq edilmişdir.
Xaricde tehsil almaq üçün təqaüdler
Xaricdə təhsil alan gənclər dövlətdən təqaüd almaq üçün proitet ixtisas seçməlidirlər. Təqaüd üçün Təhsil Nazirliyinin təqdim etdiyi proitet ixtisasları bilmək vacibdir.
Dövlət Proqramına necə qoşulmaq lazımdır?
Dövlət Proqramına qoşulmaq üçün ilk öncə xaricdəki universitetə qəbul olmalısınız. Daha sonra müsabiqə olur,sənədlərinizi Təhsil Nazirliyinə təqdim edərək qoşula bilərsiniz.
Hansı ixtisaslar üzrə maliyyə ayrılır?
2007-ci ildən bütün ixtisaslar üçün maliyyə ayrılırdı. Lakin illər keçdikcə bəzi ixtisaslar ixtisar olundu. Artıq dövlət üçün daha vacib ixtisaslar üçün maliyyə ayrılır.
Proitet ixtisaslar aşağıdakılardır :
- biologiya
- fizika
- informasiya texnologiyaları
- kənd təsərrüfatı
- kimya
- qədim dillər
- mühəndislik
- nanotexnologiya
- neft sənayesi
- riyaziyyat
- tibb
- turizm
- iqtisadiyyat*
Əgər magistr üzrə təhsil almaq istəsəniz,bakalavr da hansı ixtisas üzrə təhsil almısınızsa magistr də də eyni ixtisas üzrə təhsil almalısınız. Magistr təhsilininizi bakalavr ixtisasınız üzrə deyil başqa sahədə alsanız dövlət sizə maliyyə ayırmayacaq.
Mövzu haqqında fikir bildir.