Xaricde Odenissiz Tehsil
Xaricde odenissiz tehsil almaq hər bir gəncin xəyalıdır. Öz gözəlliyi, tarixi, ecazkarlığı ilə bizi cəzb edən Avropa ölkələrini görmək, gəzmək şansı, hələ üstəlik orada ödənişsiz təhsil almaq imkanı hər bir gənc, tələbə üçün ən gözəl arzudur.
Ödənişsiz olsun deyə hər ölkədə, hər universitetdə təhsil almaqda məsləhətli deyil. İlk öncə təhsilin keyfiyyətidir. Ona görə də xaricdə təhsil almaq istəyirsinizsə həm ölkə, həm də universitet seçimində diqqətli olmalısınız.
Hansı ölkələrdə ödənişsiz təhsil almaq olar?
Avropa ölkələrində dövlət universitetlərində ödənişsiz təhsil almaq imkanı edə bilərsiniz. Özəl universitetlərdə isə xüsusi imtiyazlar olur.
Avropada ödənişsiz təhsil ala biləcəyiniz ölkələrdən biri Norveçdir. Tələbələr burda ödənişsiz həm bakalavr həm də magistr təhsili ala bilərlər. Amma bir şərti mütləq Norveç dilini bilməlisiniz. Norveçdə bakalavr təhsilini ingilis dilində oxumaq istəsəniz əlavə pul ödəməlisiniz. Amma magistr və doktoranturanı odenissiz ingilis dilində oxumaq üçün imkanlar çoxdur.
Xaricde odenissiz tehsil ala biləcəyiniz ölkələrdən biri də Almaniyadır. Burada dövlət universitetlərində bakalavr və magistr təhsili pulsuzdur. Bu ölkədə də bakalavr təhsili üçün alman dilini bilməlisiniz. Alman dilinin B2 səviyyəsində bilmək sizə yetərlidir.
Xaricdə ödənişsiz təhsil almaq imkanı verən digər ölkə Avstriyadır. Avropada təhsil almaq üçün ən gözəl, ən ideal ölkədir deyə bilərik. Ölkə həm alman həm də ingilis dillidir. Hər iki dildə çox sayda universitet proqramı tapa bilərsiniz. İngilis dilində ucuz magistr və bakalavr proqramları vardır.
Xaricdə ödənişsiz təhsil verən digər ölkələr aşağıdakılardır
- Fransa
- İslandiya
- Türkiyə
- İtaliya
- Polşa
- Macarıstan
Xaricdə ödənişsiz təhsil ala biləcəyiniz digər ölkələrə ərəb ölkələrini də misal göstərmək olar. Yəni Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, İran ödənişsiz təhsil ala biləcəyiniz ölkələrdəndir. Neft sənayesinin inkişaf etdiyi bu ölkələrdə tələbələr ödənişsiz təhsil almaq imkanlarına sahib olurlar. Həmçinin bu ölkədə oxuyan tələbələr dövlətdən təqaüd almaq imkanları da var. Universitetlər tələbələrə təqaüd imkanı yaradır. Təqaüd tələbənin təhsildə nailiyyət göstəricisindən aslıdır.
Amerika Birləşmiş Ştatlarında təhsil pulludur. Lakin bu ölkədəki təqaüd proqramları tələbələrin xərclərini 80%-ə qədər azaldır. Təqaüd alan tələbə təhsil haqqı ilə də bağlı güzəşt əldə edə bilər. Siz təhsil müddətində dövlət hesabına yüksək səviyyəli tibbi xidmətdəndə istifadə edə bilərsiniz. Həmçinin tələbələr kitabxana, idman zalları, kompüter labaratoriyalarından pulsuz istifadə etmək hüququna sahib olurlar.
Mövzu haqqında fikir bildir.