Kollec diplomu ilə Türkiyədə təhsil almaq qaydası necədir?
Sevindirici haldır ki, artıq xaricdə təhsil almaq üçün gənclər qarşısında böyük imkanlar yaradılır. Müxtəlif ölkələrin universitetləri tələbə mübadiləsi proqramlarına qoşularaq gənclərin uğurlu karyera və təhsil həyatına öz töhfələrini verir. Həmin ölkələr arasında Türkiyə tələbə yönümlü layihələri ilə seçilir. Gənclərimizin qardaş ölkənin qabaqcıl ali təhsil ocaqlarında tələbə adını qazanması üçün bir çox şansları vardır. Məsələn, tək attestat sənədi ilə, DİM balı ilə, müxtəlif burs proqramlarına müraciət ilə və s. Bu fürsətlər içərisində kollec diplomu ilə Türkiyədə təhsil almaq imkanları da yer alır. İlkin mərhələdə kolleclərdə tələbə mühitinə öyrəşən gənclər növbəti uğurlu addımlarını Türkiyə universitetlərinə müraciət edərək ata bilərlər. Gəlin, görək bu zaman hansı şərtlər tələb olunur?
Türkiyədə təhsil almaqla bağlı ümumi məlumat
Qardaş ölkənin universitetləri son dövrlər xarici tələbələr tərəfindən ən çox müraciət olunan ali təhsil ocaqlarındandır. Təhsil haqqlarının münasibliyi, sevgi dolu insanları ilə rəngarəng şəhər həyatı, yüksək səviyyəli təhsil imkanları, müasir standartlara uyğunlaşan universitet şəhərcikləri və s. buranın nüfuzunu daha da artırıb. Türkiyə universitetlərində tədris türk və ingilis dillərində aparılır. Universitetlər tərəfindən seçilən bölməyə uyğun müxtəlif imtahan nəticələri tələb olunur. Məsələn, türk dili üzrə YÖS, ingilis dili üzrə İELTS, TOEFL və s. Eyni zamanda sadəcə attestat sənədiylə müxtəlif nüfuzlu universitetlərdə tələbə adını qazanmaq mümkündür. Bundan başqa tələbələrə müxtəlif təqaüd proqramlarına müraciət edərək tam ödənişsiz şəkildə təhsil almaq imkanları da yaradılır. Təhsil müddətinin sonunda məzunlar beynəlxalq diplomlarla təmin olunur. Bu isə onlara dünyanın müxtəlif ölkələrində karyera qurmaq şansı yaradır.
Kollec diplomu ilə Türkiyədə təhsil almaq üçün müraciət forması necədir?
Yuxarıda qeyd olunanlarla yanaşı xaricdə təhsil xəyalı olan namizədlər üçün Türkiyə universitetlərinə kollec diplomu ilə qəbul olmaq şansı da yaradılır. İlkin mərhələdə kollec diplomunuzun Türkiyə Milli Eğitim Bakanlığı (MEB) tərəfindən tanınması əsas şərtdir. Bunun üçün, siz kollec diplomunuzun əslini və türk dilinə tərcümə olunmuş versiyasını MEB-ə təqdim etməyiniz tələb olunur. MEB kollec diplomunuzun tanınma prosesi ilə yanaşı universitetin akreditasiyasını, dərs proqamını və tədris prosesinin keyfiyyətini nəzərdən keçirir. Kollec diplomunun təsdiq olunma prosesi bir neçə ay və ya həftə də qədər davam edə bilər. Diplomunuzun tanınmasından sonra, MEB tərəfindən Türkiyə Milli Eğitim Sistemində qəbul edilən və Türkiyədə istifadə edilən digər diplomlarla müqayisə edərək qərar verilir. Təsdiq olunduğu təqdirdə “önlisans” proqramlarına müraciət edərək “önlisans” (subbakalavr) proqramını bitirib daha sonra “lisans” (bakalavr) proqramlarına müraciət edə bilərsiniz.
“Önlisans” dərəcəsi nədir?
“Önlisans” proqramı (subbakalavr) adətən iki illik müddəti əhatə edir. Müvafiq müddət ərzində önlisans dərəcəsi nəzərdə tutulmuş proqramlarla kollecdə, dövlət kollecində və ya peşə/texniki məktəblərində əldə edilir. Önlisans proqramlarına müəyyən bir sahə və ya akademik intizam haqqında məlumat əldə edə biləcəyiniz və sənayedə işə başlamağınıza kömək edəcək əsas alətləri, metodları və prinsipləri öyrənə biləcəyiniz tədris kursları daxildir. Ali təhsil ocaqlarında önlisans ixtisasları gündən-günə artmağa davam edir.
Aşağıdakı siyahıdan önlisans bölümləri üzrə ixtisas adları ilə tanış ola bilərsiniz ki, təbii ki, siyahı sadəcə bunlarla yekunlaşmır. Maraqlandığınız sahələrə uyğun digər ixtisaslara müraciət edə bilərsiniz.
- Kompüter proqramlaşdırması
- Nəzarət və Avtomatlaşdırma Texnologiyası
- Kompüter texnologiyası
- İnformasiya İdarəetmə
- Elektrik enerjisinin istehsalı, ötürülməsi və paylanması
- Elektronika Texnologiyası
- Elektron Rabitə Texnologiyası
- Elektrik Cihazı Texnologiyası
- Tikinti Texnologiyası
- İş Sağlamlığı və Təhlükəsizliyi
- İnternet və Şəbəkə Texnologiyaları
- Maşınqayırma
- Avtomobil Texnologiyası
- Biokimya
- Dəniz və Liman İdarəetməsi
“Lisans” dərəcəsi nədir?
“Lisans” dərəcəsi (bakalavr) adətən dörd illik kollec və ya universitet proqramını əhatə edir. Bakalavr proqramlarına daha dərin bilik və bacarıqlar təklif edən əsasən ixtisaslaşdırılmış fənnlərin tədrisi daxildir. Eyni zamanda bu təhsil pilləsi üzrə universiteti tamamlayaraq arzuladığınız peşələrin nümayəndəsi kimi uğurlu karyera qurmağa doğru addımlaya bilərsiniz. Bu proqram üzrə gənclərə həkim, hüquqşünas, psixoloq, müəllim və s. kimi geniş ixtisas seçimi təklif olunur. İxtisas seçimləriylə bağlı daha ətraflı məlumat əldə etmək üçün linkə keçid edə bilərsiniz.
Hansı sənədlər tələb oluna bilər?
- Kollec diplomunun əsli və türk dilinə tərcümə olunmuş nüsxəsi
- İELTS və ya TOEFL sertifikatı
- Şəxsiyyət vəsiqəsi
- Təhsil illərinin qiymət göstəriciləri
- Universitetlərdən asılı olaraq danışıq və ya yazı bacarıqlarının yoxlanılması məqsədi ilə sərbəst mətnin yazılması
Kollec bitirdikdən sonra Türkiyədə təhsil almaq istəyən tələbələr hansı universitetlərə müraciət edə bilər?
Kollec diplomu ilə Türkiyənin aşağıdakı universitetlərinə müraciət edə bilərsiniz.
- Boğaziçi Universiteti
- Sabancı Universiteti
- Middle East Technical University (ODTÜ)
- Bilkent Universiteti
- Hacettepe Universiteti
- İstanbul Teknik Universiteti
- Ege Universiteti
- İstanbul Universiteti
- Ankara Universiteti
- Marmara Universiteti
Kollec bitirən tələbələr Türkiyədə hansı ixtisaslarda təhsil ala bilər?
İlk olaraq qeyd edək ki, qardaş ölkənin nüfuzlu universitetləri gənclərə arzularına uyğun geniş ixtisas seçimi təklif edir. Təhsil almaq istədiyiniz ixtisası artıq seçmisinizsə buna uyğun universitetlərlə bağlı araşdırma edib müraciətinizi həyata keçirə bilərsiniz. Araşdırmanı isə yaşamaq istədiyiniz şəhərə, həyat tərzinə, iqlimə, prespektivlərə, büdcənizə və s. görə aparmağınız faydalıdır. Əgər hər hansısa seçim etməmisinizə günün tələbinə uyğun və ya digər vacib nüansları nəzərə alaraq müraciət edə bilərsiniz. Demək olar ki, ixtisas seçimi ilə bağlı gənclərə hər hansısa məhdudiyyət tətbiq olunmur. Tibb, hüquq, idman, texnologiya və s. kimi istiqamətlər üzrə müxtəlif peşələrin təhsilini ala bilərsiniz.
Türkiyədə təhsil almaq üçün vacib şərtlər nələrdir?
Universitetlərə müraciət etməzdən öncə tələb olunan şərtləri tam qaydasında və dolğun formada yerinə yetirməyiniz önəmlidir. Məsələn, müxtəlif ali təhsil ocaqlarının dil, qabiliyyət və ya digər imtahan nəticəsi tələb oluna bilər. Dil bilikləri ümumi olaraq bütün tələbələrdən tələb olunan şərt olsa da, digər imtahanlar əsasən ixtisasa və ya universitetə görə dəyişə bilər. Bundan başqa müraciət sənədlərinin lazımi formada toplanılmasından əmin olun.
Türkiyə universitetləri tələbələrə hansı üstünlükləri vəd edir?
Avropaya meyilli təhsil formasına malik nüfuzlu Türkiyə universitetləri baloniya sisteminin tətbiqi ilə məzunlarını beynəlxalq diplomlarla təmin edir. Bu o deməkdir ki, əldə olunan diplomlar Avropada rəsmi şəkildə tanınır. Eyni zamanda Türkiyə universitetləri Erasmus, Farabi və Mövlana kimi bir çox tələbə mübadiləsi proqramlarını dəstəkləyir. Bundan başqa təhsillə yanaşı, təbii gözəllikləri, iqlimi, boğazları, mədəni zənginliyi, qonaqpərvərliyi ilə sevilən Türkiyə şəhərləri tələbələrə unudulmaz xatirələr vəd edir. Əlavə olaraq universitetlərdə ümumilikdə insanlar arasında türk və ingilis dilindən geniş istifadə olunması gənclər üçün əlavə iki yeni dili qısa zamanda öyrənməsini təmin edir.
Kollec diplomu ilə Türkiyədə təhsil aldıqdan sonra diplomlar tanınırmı?
Türkiyənin əksər universitetlərinin diplomları nəyinki ölkəmizdə bütövlükdə Avropa səviyyəsində tanınır. Ölkəmizdə xarici universitetlərin diplomlarının tanınması ilə bağlı Təhsildə Keyfiyyət Təminatı Agentliyinin xüsusi siyahısı var. Həmin siyahıya nəzər yetirərək qərarınızı verə bilərsiniz. Eyni zamanda bu istiqamətdə suallarınızı xaricdə təhsil ekspertlərinə və ya universitetlərin rəsmi email adreslərinə ünvanlaya bilərsiniz.
Türkiyədə təhsil haqqları və yaşayış xərcləri nə qədərdir?
Türkiyə Avropa ölkələriylə müqayisədə ən sərfəli təhsil haqqları təklif edən dövlətlərdəndir. Eyni zamanda yaşayış xərcləri ( buraya yataqxana, nəqliyyat, ərzaq, əyləncə və s. daxildir) də bu qəbildəndir. Ümumilikdə təhsil haqqları ixtisasa, qəbul formasına, universitetə görə dəyişə bilir. Lakin ortalama illik qiymət 500 manatdan başlayır. Yaşayış xərcləri isə aylıq 450-500 manatı əhatələyir. Bu isə həm də tələbənin yaşayış tərzindən asılıdır.
Türkiyədə xarici tələbələr üçün hansı təqaüd proqramları var?
Qardaş ölkənin ali təhsil ocaqları azərbaycanlı tələbələr üçün bir çox təqaüd imkanları təqdim edir. Onlar içərisində ən məşhuru yanvar-fevral aylarında qeydiyyatı başlayan Türkiyə burslarıdır. Eyni zamanda Erasmus proqramı ilə də burslardan yararlanmaq mümkündür.
Bundan başqa TÜBİTAK təqaüdləri də vardır ki, aşağıdakı proqramlarda iştirak edən beynəlxalq tələbələrin təhsilini maliyyələşdirir:
- Beynəlxalq tələbələr üçün bakalavr təqaüd proqramı
- Əcnəbilər üçün tədqiqat təqaüdü
- Az inkişaf etmiş ölkələr üçün magistr təqaüd proqramı
- Beynəlxalq tələbələr üçün magistr təqaüd proqramı
COHE Təqaüdü
COHE Təqaüdü Türkiyənin Ali Təhsil Şurası (YÖK) tərəfindən təsdiqlənərək bakalavr və magistr səviyyəsində təhsil alacaq əcnəbilər üçün nəzərdə tutulub. Türkiyə ali təhsil ocaqlarına qəbul olan tələbələrin Türkcə Yetərlilik Sertifikatı (YÖS) yoxdursa, onlara bir illik dil kursu təqim olunur.
Türkdilli Ölkələrin Təqaüd Proqramı
Bu təqaüd proqramından türkdilli eyni zamanda oxşar dəyərlərə malik ölkələrdən gələn tələbələr yararlana bilərlər. Təqaüd zonası ölkələrinə Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və s. daxildir.
Xarici tələbələrə təqaüd verən digər qurum və təşkilatlar
- Türk Elm və Mühəndislik Bakalavr və Lisansüstü Bursu
- Abdullah Gül Universiteti Kayseri (AGÜ) Bakalavr Təqaüdü
- Yunus Əmrə İnstitutu Yaz Mübadilə Proqramı Təqaüdü
- Orta Doğu Texniki Universiteti (ODTÜ) Bakalavr Təqaüdü
- İstanbul Ticarət Universiteti Lisansüstü Təqaüdü
- Mədəniyyət və Turizm Nazirliyi Vəqflər Ümumi Müdirliyi Təqaüdü
- Türk Patent və Əmtəə Nişanları İdarəsi və Ankara Universiteti Dünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) Təqaüdü
- Veysel Karanı Türk-Yəmən Vəqfi Yəmən Pionerləri Təqaüd Proqramı
- Orta Doğu Texniki Universiteti (ODTÜ) Bakalavr Təqaüdü
- İstanbul Ticarət Universiteti Lisansüstü Təqaüdü
- Mədəniyyət və Turizm Nazirliyi Vəqflər Ümumi Müdirliyi Təqaüdü
- Türk Patent və Əmtəə Nişanları İdarəsi və Ankara Universiteti Dünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) Təqaüdü
- Veysel Karanı Türk-Yəmən Vəqfi Yəmən Pionerləri Təqaüd Proqramı
- Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı Birləşmiş Millətlər Təşkilatının Təqaüdləri
- Dr. Fuat Sezgin İslamda Elm Tarixi Araşdırma Vəqfi (İBTAV) və Kırıkkale Universiteti Fuat Sezgin İslamda Elm Tarixi Təqaüd Proqramı
Ümumilikdə isə müxtəlif universitetlərin təqdim etdiyi burs proqramlarından yararlana bilərsiniz.
Türkiyənin hansı şəhərləri tələbə yönümlüdür?
Araşdırmalara görə, Türkiyənin tələbə dostu şəhərləri aşağıdakı kimidir. Siyahıya nəzər salaraq buradakı universitetlərə də üstünlük verməyiniz faydalı olar. Əylənərək və öyrənərək gənclik yaşamış olarsınız.
- 1. Eskişehir
- 2. Ankara
- 3. Antalya
- 4. Çanaqqala
- 5. Muğla
- 6. İstanbul-Asiya
- 7. Aydın
- 8. Ədirnə
- 9. Tekirdağ
- 10. İstanbul-Avropa
- 11. İzmir
- 12. Adana
- 13. Balıkesir
- 14. Hatay
- 15. Bursa
- 16. Samsun
- 17. Trabzon
- 18. Mersin
- 19. Manisa
- 20. Kırklareli
Kollec diplomu ilə Türkiyədə təhsil almaq olarmı?
Bəli, olar
Kollec bitirən tələbələr Türkiyədə pulsuz təhsil ala bilərmi?
Pulsuz və ya təqaüdlü təhsil almaq imkanı bütün tələbələr üçündür. Sadəcə olaraq universitetlərin və ya burs proqramlarının tələblərinə əməl etmək lazımdır.
Türkiyədə təhsil haqqları nə qədərdir?
Türkiyədə təhsil haqqları ortalama olaraq 500 manatdan başlayaraq dəyişir.
Kollec bitirən tələbələr Türkiyədə oxumaq üçün hansı imtahanlardan keçməlidir?
Universitetlərdən asılı olaraq SAT, YÖS, İELTS, TOEFL və s. imtahan nəticələri tələb oluna bilər.
Mövzu haqqında fikir bildir.