TQDK bali ile Turkiyede tehsil
Azərbaycan universitetlərinə qəbulu Dövlət İmtahan Mərkəzi – keçmiş TQDK aparırıq. DİM imtahanında iştirak edərək laızm olan balı toplayıb Azərbaycan universitetlərində təhsil almaq olar.
Ancaq TQDK yəni DİM – dən topladığınız bal ilə tək Azərbaycanda deyil xaricdə də təhsil almanız mümkündür.
TQDK balı ilə Türkiyədə təhsil
Bəzən Azərbaycanda keçirilən imtahanda yüksək bal toplaya bilməyən, istədiyi ixtisası seçə bilməyən tələbələr TQDK bali ile Turkiyede tehsil almağa maraqlı olurlar.
Bu zaman məzunları və valideyinləri bir sual düşündürür. TQDK balı ilə Turkiyədə təhsil necə mümkündür?
Türkiyə universitetləri Türkiyədə təhsil almaq istəyən tələbələrdən müəyyən imtahanlar tələb edir. Bunlara SAT, YÖS, TQDK aiddir. Tələbələr universitetlərə görə dəyişir. Bəzi universitetlər SAT imtahanı tələb etmir. Bəziləri YÖS istəmir onun əvəzinə TQDK balı tələb edir. Ümumiyyətlə praktikada TQDK balını qəbul etməyən universitetlərdən var.
Bu tələbələr əsasən dövlət universitetləri üçündür. Özəl universitetlər imtahan tələbində sərbəstdilər. Belə ki adlarını çəkdiyim imtahanları tələb də edə bilərlər. Etməyədə bilərlər. Sadəcə yaxşı qiymətlərlə attestat və proqram dilinə görə sertifikat kifayət edir. Ancaq Köç və Sapancı universitetləri istisnadır.
Əgər Turkiyede tehsil almaq istəyirsinizsə normal bir universitetə qəbul olmaq üçün balınız 400-500 olmalıdır. Daha prestejli universitetlər isə 600 – dən yuxarı bal tələb edir. Lakin bəzi hallarda bəzi universitetlərə aşağı ballada qəbul olmaq olar.
TQDK bali ile Turkiyede tehsil ala biləcəyiniz universitetlər aşağıdakılardır :
- OTDÜ
- Yıldırım Beyazit
- Boğaziçi
- On Dokuz Mayıs və s.
İstanbul, İzmir və Ankara universitetləri praktikada TQDK balını qəbul etmirlər.
Ümumiyyətlə Türkiyədə daha prestejli universitetlərdə təhsil almaq istəyirsinizsə Universitetlərin tələb etdiyi digər imtahanlara hazırlaşmanız məsləhətlidir. Məsələn YÖS, SAT kimi.
Türkiyədə bakalavr təhsili 4 ildir. Əgər dil imtahanı verə bilməsəniz bir il əlavə hazırlıq oxumalı olacaqsınız.
Mövzu haqqında fikir bildir.