Akdeniz universiteti Türkiyənin ən yaxşı 7-ci dövlət universitetidir. Türkiyədə ilk dəfə üz köçürülməsi əməliyyatının aparıldığı, tibb sahəsində yenilikləri ilə fərqlənən bir təhsil ocağıdır. Akademik məqalələrinin çoxluğuna görə isə ölkədə 5-ci sıradadır. Burada Tibb fakultəsindən başqa hüquq, iqtisad, idarəçilik kimi fakultələrdə çox önəmli nəticələri ilə seçilir.
Akdeniz universiteti Qərbi Aralıq dənizi bölgəsindəki ali təhsil müəssisələrini əhatə etmək üçün 20 iyul 1982-ci ildə Antalyada quruldu. Türkiyənin ən qədim universitetlərindən biridir. Kampusunun geniş və yaşıl əraziyə sahib olması və Konyaaltı Çimərliyindən 15 dəqiqəlik məsafədə olduğu üçün Boğaziçi Universitetindən sonra Türkiyənin ən gözəl ikinci kampusu seçilmişdir.
Bu unviversitet daxilində də sağlamlıq mərkəzləri, idman zallları tələbə üçün uyğun yataqxana, yemekxana və onların uyğun aktivitələrinə görə klublar mövcuddur.
Alaniya kimi bir istirahət mərkəzi olan şəhərdə yerləşməsi isə burada təhsil alan tələbələrin dünya görüşünə çox təsir etməkdədir. Bu universitet tədris üçün müraciət olunan ali təhsil mərkəzləri sırasında ən üst səviyyədədir.
Ölkənin bir çox sənətçi, həkim, hakimləri də bu universiteti bitirmişdir. Universitet daxilində 24 fakültə mövcuddur və onlar aşağıdakılardır.