Marmara Universiteti

Marmara Universiteti İstanbulda yerləşən çox məşhur və qədim dövlət universitetidir. Bu universitet ölkədə öz prestiji ilə seçilir. Burada tədris türk, ingilis, fransız, alman, ərəb dilləri olaraq 5 dildə keçirilir. İstanbulun ən fəal səmtlərindən olan Kadıköydə yerləşən bu universitet ictimai nəqliyyat rahatlığı və daxilində yerləşən xüsusi xidmətləri ilə çox tələbə həyatını olduqca asanlaşdırır.

Marmara Universiteti İstanbul şəhərinin Asiya və Avropa hissələrində yerləşən 7 şəhərcikdə fəaliyyət göstərir. Bunlardan Acıbadem, Anadoluhisarı, Bağlarbaşı, Başıböyük, Göztəpə, Kartal şəhərcikləri Asiya, Sultanahmet şəhərciyi isə Avropa hissəsində yerləşir. Ümumilikdə sahəsi 617.782 m² olan şəhərciklərdən ən böyükləri 181.754 m² ilə Başıböyük, 153.394 m² Göztəpə, 121.992 m² ilə Anadoluhisarı şəhərcikləridir.

2020-ci ildə iş tapma statistikasına görə Maramara universiteti 7-ci yerdə olmuşdur.  Bu universitet öz daxili şəhərciklərində yerləşən yataqxana ilə tələbələrini təmin etməkdədir. Bu isə bir tələbə üçün lazım olan ən önəmli faktordur. Bundan başqa daxilində sağlamlıq mərkəzləri, idman zalları, aktiv tələbələr üçün klublar və s yerləşməkdədir.

Mərmərə Universiteti daxilində təhsil ala biləcəyiniz fakultələr aşağıdakılardır.

  • Atatürk Təhsil Fakultəsi
  • Stomatologiya Fakultəsi
  • Dəqiq Elmlər- Ədəbiyyat Fakultəsi
  • İncəsənət Fakultəsi
  • Hüquq Fakultəsi
  • İqtisadiyyat və İdarəetmə Fakultəsi
  • İlahiyyat Fakultəsi
  • İctimaiyyətlə əlaqələr Fakultəsi
  • Mühəndislik Fakultəsi
  • Sağlamlıq Elmləri Fakultəsi
  • Tibb Fakultəsi
  • Texniki Tədris Fakultəsi
  • Texnologiya Fakultəsi

Universitetə Qəbul üçün Tələblər bunlardır:

SAT:

1) Tibb: 1600 üzərindən ən az 1200 ümumi bal (“Math” testindən 800 üzərindən ən az 680 bal)

2) Digər: 1600 ümumi bal üzərindən ən az 1100 ümumi bal (“Math” testindən 800 üzərindən ən az 600 bal )

Mərmərə universitetində təhsil almaq üçün edumaster.az peşəkar mütəxəssislərinə müraciət edə bilərsiniz. Bundan başqa hər hansı bir sualınız yaranarsa online çat vasitəsi ilə yazmaq mümkündür. Müraciətlər qısa zamanda cavablandırılır.

 

Marmara Universiteti

Tanıtım Videosu

image

Xaricdə Təhsil Üçün Müraciət Et

Bloqlar

Xaricdə təhsil haqqında bloqlar

Hamısına Bax