Sapienza Universiteti 1303-cü ildə qurulan və dünyanın ən qədim universitetlərindən biridir. BU universitetin əsasını Roma papası VIII Bonifatsi qoyçuşdur. Universitetin tam adı ( Sapienza University of Rome ) olaraq yazılır.
İtalyiyanın ən çox tanınan və dünyanın bir çox ölkələrindən müraciət olunun Sapienza universiteti tədqiqat, təhsil və beynəlxalq korperasiyanın inkişafının sürətləndirilməsinə əsas rol oynayır. Bu universitetə bakalavr, magistratura və doktorantura dərəcələrinə görə 250 proqram ilə, 30 minə yaxını xarici olmaqla, 115 min tələbə təhsil alır. Sapienza universitetində 11 fakültə, 63 departament və arxeologiya, fizika, humanitar elmlərlə bağlı çoxlu sayda tədqiqat mərkəzləri var.
Sapienza ümumilikdə dünyanın hər yerindən tələbə qəbul edəcək potensiala və dövlət universitet tərəfindən yaranan şəraitlə çox tanınır. Bu universitetin həm coğrafi quruluşunun mükəməlliyi, həm tarixiliyi orada oxuyan tələbələr üçün əvəzedilməzdir. Təhsil səviyyəsidə çox muasir və yüksəkdir.
İtaliyada təhsil üçün müraciət edən tələbələrin ən çox qeyd etdikləri universitetlərdən biri və hətta birincisidir. Burada aşağıdakı ixtisas və fakultələr üzrə qəbullar mövcuddur.
Burada təhsil almaq üçün qəbul prosesi də çox rahatdır. Bəzən İELTS balı da lazım olmur rəsmi tanınan sertifikatların olması üstünlükdür təbii ki. Qəbul prosesi universitet ilə skype müsahibə ilə aparılır. İELTS 5.5 isə qəbul üçün demək olarkı tam uyğundur.
Burada təqaüd proqramlarını əldə etmək üçündə müraciət edə bilərsiniz. Hansı ki universitetlər illik təhsil haqqı ödənilmədən və hər rüb üçün stipendiya ilə təmin olunacaqsınız. Normalda isə universitetin ixtisaslar üzrə illik təhsil haqqı €500-1000€ arası dəyişir.
Rəsmi saytı: www.uniroma1.it