Xarkov Aviasiya Universiteti

Milli Aerokosmik Universitet – “Kharkiv Aviasiya İnstitutu” (qısaca NAU – “KhAI”) Ukraynada mühəndislik sahəsində ixtisaslaşmış ən yaxşı universitetlərdən biridir. Bu səbəbdən də hər il bu universitetə 40 dan çox ölkədən minlərlə tələbələr təhsil almaq üçün müraciət edir.

Milli Aerokosmik Universiteti xəyalında mühəndislik olan gənclər üçün möhtəşəm seçimdir. Universitet 60.000-ə yaxın mühəndis yetişdirmişdir. Ukrayna aerokosmik sahəsində işləyən ali təhsilli mütəxəssislərin 80% -dən çoxu NAU KhAI məzunlarıdır. Universitet “Alfa” Beynəlxalq kosmik proqramın, həmçinin ABŞ-nın, Yaponiyanın, Almaniyanın, Meksikanın, Niderlandın, Çinin firmaları ilə elmi layihələrin şərikli icraçısıdır. Xarkov aerokosmik universitetinin ərazisində məşhur “Şare” tələbə abidəsi qurulmuşdur.

 

Xarkov Aviasiya Universiteti fakultələri bunlardır:

  • Təyyarəqayırma
  • Mühərrik qayırma
  • Uçucu aparatları idarə sistemləri (UAİS)
  • Raket-kosmik texnikalar
  • Uçucu aparatların radiotexnika sistemləri (UARS)
  • İqtisadiyyat və idarəetmə
  • Humanitar
  • İxtisasın artırılmaları və ali məktəbə qədər hazırlıq
  • Qiyabi
  • Xarici vətəndaşların hazırlığı

Universitet haqqında daha ətraflı məlumatları aşağıdakı videodan əldə edə bilərsiniz. Bizdə bu universitetə daha çox “Xarkov Aviasiya Universiteti” kimi müraciət olunur.

Xarkov Aviasiya Universiteti

Tanıtım Videosu

image

Xaricdə Təhsil Üçün Müraciət Et

Bloqlar

Xaricdə təhsil haqqında bloqlar

Hamısına Bax