İstanbul Texniki Universiteti Türkiyənin ən məşhur dövlət unievrsitetlərindən biridir. Hətta dünyanın mühəndis hazırlayan ilk universitetlərindəndir. Bu universitet tək Türkiyədə deyil xarici ölkələrdə də mühəndislik hazırlamaq səviyyəsinə görə çox məşhurdur. Zəngin tarixə malik bu universitet müasir təhsil sistemi, güclü akademik heyəti ilə Türkiyənin nüfuzlu ali təhsil müəssisələri arasında ön sıralardadır.
İstanbul Teknik Universiteti 5 kampusdan ibarətdir: Ayazağa, Gümüşsuyu, Maçka, Taşkışla, Tuzla. Ölkə iqtisadiyyatına da çox mübət rolu olan bu universitetdə təhsil almaq və öz gələcəyini mühəndis kimi formalaşmaq istəyənlər tək ölkə daxili deyil bütün dünyadan müraciət etməkdədir. Türkiyənin bir çox zavod və fabriklərinin yaranmasında, sistemin qurulmasında bu universitetin məzunlarının əməyi çox böyükdür.
Hazırda İstanbul Texniki Universitetində 13 fakültə, fakültələr daxilində 39 bölmə və 6 institutu fəaliyyət göstərir.
1. Kompüter və informatika
2. Dənizçilik
3. Elektrik – Elektron
4. Elm – Ədəbiyyat
5. Gəmiqayırma və Dəniz Elmləri
6. Tikinti
7. Ticarət
8. Kimya – Metalurji
9. Mina
10. Maşın ( Makina )
11. Memarlıq
12. Tekstil Texnologiyaları və Dizayn
13. Havaçılıq və Kosmik Elmlər
Bundan başqa qapalı ərazisinə görə Türkiyənin ən çox tələbə qəbul edən universitetidir. 25 mindən çox tələbəbu universitetdə təhsil alır. Kampus daxilində sağlamlıq mərkəzləri, klublar və bu kimi aktivitələr ilə bu universitetə daxil olan tələbələrə əvəzedilməz əyləncə və anlar yaşada bilir. Burada daxili yataqxanalarda da yer tuturaq tələbə yaşayışınızı daha da rahatlaşdıra bilərsiniz. Türkiyədə təhsil haqqında daha çox məlumatı buradan oxuya bilərsiniz.
İstanbul Texniki Universiteti öz məzunları ilə də Türkiyədə və dünyanın bir sıra ölkələrində çox tanınır. Türkiyə Cümhuriyyətinin 8-ci prezidenti Turqut Özal və 9-cu prezidenti Süleyman Dəmirəl də bu universitetin məzunlarıdır.